30 May 10:20
2 062

Müsahibə üçün “Haber Global” kanalına dəvət edilən siyasətçi Məhərrəm İncə çıxışı vaxtı yayımın Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulun fəthinin ildönümü ilə əlaqədar çıxışına bağlanılmasına sərt təpki göstərib.

Teleqraf.com xəbər verir ki, İncə yayımın kəsilməsindən sonra proqramı yarımçıq tərk edib.

Siyasətçi telekanalları Türkiyə prezidentindən qorxmaqda ittiham edib və studiyadan çıxarkən, bu sözləri deyib:

“Məni bir daha belə proqramlara çağırmayın. İndi bütün kanallar Ərdoğanı göstərəcək. Qorxmayın bu qədər Ərdoğandan”

İncənin yayımı tərk etməsindən sonra telekanal tamaşaçılardan üzr istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu