Almaniyada 2 800 məscid bir təhdid mesajı səbəbindən bağlanılıb. İçəridəki insanların bəziləri namazdan əvvəl, bəziləri də namazdan sonra məscidlərdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, Almaniya hüquq-mühafizə orqanları mesajın yayımlanmasından sonra məscidlərin yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Hücum təhdidinin hansı məscid üçün edilməsi barədə açıqlama verilməyib. Bunu edənlərin kimliyi də məlum deyil.
Məscidlərin bu gün axşam saatlarında yenidən açılacağı bildirilib.