Ötən gün Türkiyədə koronavirusdan daha 25 nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 540 nəfərə çatıb.
Nazirin sözlərinə görə, son sutka ərzində 989 nəfər koronavirusdan sağalıb. Beləliklə, ölkədə COVID-19-dan sağalanların sayı 127 973 nəfərə çatıb.