İspaniyada yeni növ koronavirusa daha 137 nəfər yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı təxminən 240 min nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb.