3 İyun 2020 08:25
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Nyu-York rəhbərliyinə kütləvi qarışıqlıqların yatırdılması üçün şəhərə Milli Qvardiyanın yeridilməsi təklifi ilə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.

ABŞ lideri qeyd edib ki, qarışıqlıqların iştirakçıları olan "səfehlər və tullantılar" şəhəri hissələrə parçalayırlar".

"Nyu-York səfehlərin qarşısında aciz qalıb.Milli Qvardiyaya müraciət edin", - deyə Tramp özünün sosial şəbəkədəki səhifəsində yazıb.

O, bu halda şəhər rəhbərliyini "cəld hərəkət etməyə" çağırıb.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər