8 İyun 2020 14:22
4 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinin Axalkalaki bələdiyyəsinin Gomani kəndində yerləşən erməni məbədi və qəbirlərinə ziyan dəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi məlumat yayıb.

Məlumatda bölgədəki erməni abidələrinə ağır texnikalar vasitəsilə ziyan vurulduğu bildirilib.

“Surb Qriqor Lusavoriç” məbədinin üç fasadı zərər görüb, bir neçə qəbir dağıdılıb.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Agentliyin nümayəndələri abidəyə dəyən ziyanı müəyyənləşdirir və polis təqsirkarları axtarır.

Samtsxe-Cavaxetiya Polis İdarəsi mədəni irs abidəsinə ziyan vurma faktı ilə cinayət işi açıb.


Müəllif: Mənsur Rəğbətoğlu