9 İyun 2020 11:33
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov COVID-19 pandemiyası ilə əlaqədar maddi çətinliklərlə üzləşən 207 nəfərə evlənmələri üçün pul ayırmağı tapşırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan Müsəlmanları Ruhani İdarəsindən məlumat verilib.

Məlumata görə, evlənmək istəyən bəylərin ailələri nikah mərasimi üçün 50 min rubl alacaqlar.

“Respublika başçısı Ramzan Kadırovun göstərişi ilə bütün rayonlarda ailə qurmaq istəyən, lakin maddi cəhətdən çətinlik çəkənlərin siyahısı tutulub. Əhməd-Hacı Kadırov Regional Fondu tərtib olunmuş siyahı üzrə 207 gəlinin gətirilməsi üçün vəsait ayırdı”, – deyə məlumatda bildirilir.

Çeçenistanda aprel ayından etibarən koronavirus səbəbindən islam qaydaları ilə nikah mərasimləri qadağan edilib. Mayın 25-dən etibarən qadağa ləğv edilib, ancaq toy mərasimlərində məhdudiyyətlər qalır. Çeçenistan müftiliyi gəlin gətirmək üçün cəmi iki avtomobilin gedə biləcəyini qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər