12 İyun 2020 11:29
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dövləti tərəfindən maliyyələşdirilən televiziya kanalları ölkənin xarici borcu və ABŞ sanksiyaları səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, İran İslam Respublikası Yayım qurumuna aid olan və 24 saat ingilis dilində yayımlanan Press.Tv, habelə, ərəbcə verilişlər verən Əl-Alən kanalı borcları səbəbindən qapanmaq durumu ilə qarşı-qarşıyadır.

İran İslam Respublikası Yayım Təşkilatının rəhbəri Peyman Jebeli bu kanalların bir neçə gün ərzində bağlanacağını bildirib və buna görə, Prezident Həsən Ruhanini ittiham edib.

Peyman Jebeli Ruhani hakimiyyətinin Planlama və Büdcə Təşkilatının 5 ay müddətində onları maliyyələşdirmədiyini deyib. Bildirib ki, adı çəkilən kanallar peyk operatorlarına borclarını ödəyə bilməyiblər: “Bir dollar belə ödənilməyib”.
İran İslam Respulikası Yayım Təşkilatının 32 radio və 14 televiziya kanalı var.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın təlimatı ilə 2018-ci ildən İrana qarşı “maksimum təzyiq” siyasəti işə salınıb. Bu çərçivədə İrana sanksiyalar tətbiq edilib. Bu hal İranın xarici borcarının artmasına və ölkə daxilində iqtisadi durumun pisləşməsinə səbəb olub.


Müəllif: Cavad

Oxşar xəbərlər