Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müxalif "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanı istintaqa cəlb etməsi ölkədə ciddi narazılıq yaradıb.
Teleqraf.com xəbər verir ki, hakimiyyətin bu addımına etiraz edən kütlə MTX-nin binası qarşısında aksiya keçirib. Aksiyada Ermənistan parlamentinin deputatları da iştirak ediblər.
Polis aksiya iştirakçılarına, o cümlədən, deputatlara güc tətbiq edib. Hadisə nəticəsində deputatlardan Karine Poqosyan və Arman Abovyan xəsarət alıb. Digər deputat Caanibek Ayrapetyan isə naməlum istiqamətdə aparılıb.
Qeyd edək ki, Qaqik Tsarukyana qarşı 3 maddə üzrə cinayət işi açılıb.
Q.Tsarukyan daha öncə baş nazir Nikol Paşinyanın istefasını tələb edib.