18 İyun 2020 11:09
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Finlandiyanın Rusiyanın bir hissəsi olub-olmadığını soruşub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti ABŞ liderinin keçmiş müşaviri Con Boltonun kitabına istinadla xəbər yayıb.

“Otaqda baş verənlər: Ağ Evlə bağlı xatirələr” adlı memuarında Con Bolton yazır ki, Tramp Böyük Britaniyanın nüvə silahına sahib ölkə olduğunu da bilmirdi.

Qeyd edək ki, fevral ayında “Vashinqton Post” qəzetində Trampın şəxsən Boltonun kitabının yayımlanmasına mane olmağa çağırdığı bildirilmişdi.

2019-cu ilin oktyabrında Con Boltonun prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışdığı dövrlə əlaqədar kitab yazmaq niyyətində olduğu məlum olmuşdu. Onun yeni xatirə planları Ağ Evi narahat edirdi.

Tramp Boltonu 2019-cu ilin sentyabrında istefaya göndərib. O bu qərarını milli təhlükəsizlik müşavirinin bir çox təklifi ilə razılaşmaması ilə izah edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər