20 İyun 2020 18:16
1 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ana qədər terrorçuların hinlərin, mağaralarına girildi, bunlar terrorçuların başlarına yıxıldı, yıxılmaqda da davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri ötən gecə İraqla sərhədə gedən Türkiyə müdafiə naziri Hulusi Akar “Pəncə-Qaplan” əməliyyatından danışarkən deyib.

Müdafiə naziri bildirib ki, əməliyyat zamanı 150-dən çox terrorçuya məxsus mağaralar ələ keçirilib və məhv edilib: “Alçaqların tələ qurduğu 160 kustar üsullu partlayıcılar zərərləşdirilib. Çoxlu sayda silah-sursat və hərbi ləvazimat ələ keçirilib. Bu ana qədər hava və quru qoşunlarımız 700-dən çox hədəfi vurub”.

Nazir əlavə edib ki, Türk Silahlı Qüvvələri (TSK) konstitusiya çərçivəsində bundan sonra da üzərinə düşəni ləyaqətlə və uğurla həyata keçirəcək.

Xatırladaq ki, dünən gecə saatlarında müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları Komandanı Ümit Dündar, Hava Qüvvələri Komandanı Həsən Küçükakyüz, Dəniz Qüvvələri Komandanı, admiral Adnan Özbal və II Ordunun komandanı Sinan Yayla Türkiyə ilə İraq sərhədinin sıfır nöqtəsində yerləşən Qara Qaya hərbi bazasına gəliblər.

Komandanlıq bütün gecə həyata keçirilən əməliyyata nəzarət edib.


Müəllif: Cavad

Oxşar xəbərlər