Ukrayna prezidenti Petro Poroshenko ATƏT-in xüsusi monitorinq missiyasının gücləndirilməsi və müşahidəçilərin sayının 1500-ə qədər artırılması xahişi ilə urumun rəhbərliyinə müraciət edib.
Teleqraf.com-un UNIAN-a istinadən xəbərinəgörə, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, prezident Ukrayna-Rusiya sərhədi üzərində effektiv nəzarəti təmin etmək üçün ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri ilə görüşüb. Poroshenko ən azı 29 pilotsuz təyyarə və 1500 müşahidəçinin iştirakı ilə terrorçular tərəfindən ələ keçirilən ərazilərə obyektiv nəzarətin təmin edilə biləcəyini deyib. O, ATƏT sədrini müşahidəçilərin sayının 1500-ə qədər artırmağa çağırıb.
Nihad