27 İyun 2020 12:02
2 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa ölkələri ABŞ-ın dünya lideri olmaq istəmədiyi kimi yeni bir reallığı ciddi düşünməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel deyib.

“ABŞ-ın dünya gücü olmaq istədiyinə dair müəyyən bir anlayışla böyüdük. ABŞ indi öz iradəsinin əksinə olaraq bu rolu oynamağı dayandırmaq istəyirsə, bu barədə ciddi düşünməyimiz lazımdır”, - Merkel bildirib.

Kansler Almaniyadakı Amerika qoşunlarının yalnız NATO-nun Avropa müttəfiqlərini deyil, Vaşinqtonun da maraqlarını qorumağa kömək etdiyini qeyd edib və ölkəsinin hərbi imkanlarını genişləndirməyə davam edəcəyinə söz verib.

Əlavə edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Almaniyadakı Amerika qoşunlarının sayının 34.5 mindən 25 minə endiriləcəyini açıqlayıb. O, bunu Berlinin NATO-ya ödəmələrini gecikdirməsi ilə əlaqələndirib.

Tramp qeyd etmişdi ki, Rusiyadan qaz almaq üçün milyarlarla dollar maddi vəsait xərcləyən Almaniya NATO-ya münasibətdə xəsis davranır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər