Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Haftanin bölgəsində terror düşərgələrinə növbəti dəfə dəqiq zərbələr endiriblər.
Teleqraf.com xəbər verir ki, “Pəncə-Qaplan” antiterror əməliyyatları çərçivəsində daha doqquz PKK terrorçusu məhv edilib.
Hakkari vilayətinin Kavaklı rayonunda keçirilən antiterror əməliyyatında isə üç PKK terrorçusu məhv edilib.
Digər bir məlumatda isə bildirilir ki, iyunun 20-də Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən tutulan PKK/KCK terror qruplaşmasının üzvü “Mervan” ləqəbli şəxsin verdiyi ifadə əsasında terrorçulara məxsus iki sığınacaq ələ keçirilib. Sığınacaqlarda terrorçuların üçün qışda istifadə etmək üçün saxladıqları geyim, ərzaq, o cümlədən silah və sursat ələ keçirilib.