Amerika Birləşmiş Ştatları Suriya ilə sərhəddə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı hava hücumlarının faydalı olduğunu bildirib.
Teleqraf.com amerikaninsesi.org-a istinadən xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Cen Psakinin sözlərinə görə, hava hücumları Ayn Əl-Ərəb şəhərini mühasirəyə almağa çalışan militantlara qarşı mübarizəyə kömək edir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan quru qoşunların müdaxiləsi olmadan militanların Suriya-Türkiyə sərhədindəki ərazinin nəzarətini ələ keçirə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
Samir