Rusiya yeni sınaqlar üçün yenidən “Su-57” qırıcılarını Suriyadakı Xmeymim hərbi bazasına göndərib.
Teleqraf.com xəbər verir ki, Rusiya Hərbi Hava və Kosmos Qüvvələri ehtimal olunan müharibəyə hazırlıq məqsədilə “Su-57” və “Su-35” qırıcılarının yeni sınaqlarına başlayıb.
Məlumatda sınaqlarda sözügedən döyüş təyyarələrinin birgə sınaqdan keçirildiyi qeyd olunub. Manevrlərdə əsas üstünlüyün “Su-57” qırıcılarına verildiyi qeyd edilib. Qırıcıların ordunun arsenalına daxil edilməsi üçün məşqlərin davam edəcəyi vurğulanıb.
Hazırda aktiv şəkildə neçə ədəd “Su-57”-nin olduğu bildirilməsə də, xidmətdə olan texnikaların bunların prototipi olduğu deyilir.