30 İyun 2020 21:38
1 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Əyyub Şiri İran məhkəməsinin qərarı ilə həbs və şallaq cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, “ictimai asayişi pozmaq”da günahlandırılan fəala İran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 12 ay həbs və 74 şallaq cəzası verilib.

Milli fəal barəsində çıxarılan hökmün icrası bir illiyə təxirə salınıb. Bununla yanaşı koronavirus infeksiyasının yayılmasına görə Əyyub Şiri Təbriz prokurorluğunun nəzarəti ilə yoxsul ailələrə və ağır xəstəliklərdən əziyyət çəkən şəxslər üçün 10 milyon tümən dəyərində dezinfeksiya və qoruyucu vasitələr almağa məhkum edilib.

Şiri 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda digər fəalla birlikdə saxlanılmışdı. O, bir müddət nəzarət altında qaldıqdan sonra sərbəst buraxılmışdı.

Əyyub Şiri 1985-ci ildə Təbrizdə doğulub, ali təhsilli və iki uşaq atasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər