30 İyun 2020 21:26
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstana rəsmi səfər edəcək xarici dövlət və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin üzvləri karantinə alınmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin qərarında bildirilib.

Qərara əsasən, əcnəbi rəsmi qonaqlardan Gürcüstanın sərhəd-nəzarət buraxılış məntəqələrində səfərə qədər son 72 saat ərzində koronavirusla bağlı PCR testinin aparılmasını təsdiq edən sənəd tələb olunacaq.

Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılması təhlükəsinə görə ölkəyə daxil olan bütün şəxslər dövlət hesabına məcburi ikihəftəlik karantinə götürülür.


Müəllif: Teleqraf.com