5 İyul 2020 11:36
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 5-də yerli vaxtla səhər saat 7-də Tokioda yerləşən təqribən 1800 seçki məntəqəsində Yaponiya paytaxt regionu qubernatorunun seçkiləri başlanıb.

Teleqraf.com xəbər verir ki, aşam saat 20:00-dək davam edəcək seçkilərdə qubernator vəzifəsi uğrunda mübarizədə rekord miqdarda – 22 namizəd iştirak edir. Onların arasında Tokionun indiki qubernatoru, seçkilərin mütləq favoriti sayılan Koike Yuriko da iştirak edir. Seçki komitəsinin verdiyi məlumata görə erkən səsvermədə təqribən 1 milyon 400 min seçici iştirak edib ki, bu da dörd il əvvəl keçirilən seçkilərdə olduğundan 60 min nəfər çoxdur.

Hazırkı seçkiləri fərqləndirən daha bir cəhət onun koronavirus pandemiyası dövrünə təsadüf etməsidir. Yaponiya paytaxtında mayda fövqəladə vəziyyət rejimi ləğv olunduqdan sonra, son 3 gündə virusa yoluxanların sayı 100 nəfəri ötüb. İnveksiyaya yoluxanların əksəriyyətinin gecə əyləncə mərkəzlərində istirahətdən sonra xəstələndiyi bildirilir. Buna görə də qubernator xanım Y.Koike sakinləri gecə klublarından uzaq olmağa çağırıb.

Seçki məntəqələrinin hamısının girişində dezinfeksiya edici vasitələr yerləşdirilib və seçicilərin hamısından tibbi maskalardan istifadə etmələri, sosial məsafəni gözləmələri xahiş olunur. Eyni zamanda, seçicilərə bir dəfəlik əlcəklər də təklif edilir.

Seçicilərin səsvermə üçün istifadə etdiyi qələmlər isə hər istifadədən sonra məntəqə üzvləri tərəfindən dezinfeksiya edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər