7 İyul 2020 00:53
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 206 min 844 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 16 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1086 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5241 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 2315 nəfər təşkil edir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər