10 İyul 2020 13:50
1 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Səhiyyə Nazirliyi risk altında olan və Avropa İttifaqına daxil olmayan 13 dövlətin vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoyub.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə naziri Roberto Speranza məlumat verib.

O qeyd edib ki, bu qərarı Xarici İşlər, Daxili İşlər və Nəqliyyat nazirlikləri ilə məsləhətləşərək qəbul ediblər.
Məlumata görə, vətəndaşlarının İtaliyaya daxil olmasına qadağa qoyulan ölkələr Ermənistan, Bəhreyn, Banqladeş, Braziliya, Bosniya və Herseqovina, Çili, Küveyt, Şimali Makedoniya, Moldova, Oman, Panama, Peru və Dominikan Respublikasıdır.

Üstəlik, son 14 gün ərzində yuxarıda adları çəkilən ölkələri ziyarət etmiş digər ölkələrin vətəndaşları da İtaliya ərazisinə daxil ola bilməzlər.

“Pandemiya dünyada ən kəskin mərhələsindədir. Biz bu aylar ərzində italyanlar tərəfindən verilən qurbanları unuda bilmərik”, – deyə nazir 13 ölkənin vətəndaşları ilə bağlı qadağanı əsaslandırarkən deyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər