12 İyul 2020 21:06
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə jandarma qüvvələri Ərzurum şəhərində PKK-ya qarşı mühüm əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Ərzurumun Şənqaya rayonunda keçirilən əməliyyat zamanı illərdir boz bülletenlə axtarışda olan “Sipan” kod adlı terrorçu Adəm Çallar tutulub. Onunla yanaşı, “Dəniz “ kod adlı Əndər Yalçın da həbs edilib.

Terrorçuların tutulduğu mağarada xeyli silah-sursat, partlayıcı maddələr tapılıb.

Məlumatda həmçinin qeyd edilib ki, ötən gün sözügedən ərazidə keçirilən əməliyyat nəticəsində başına 500 min lirə pul qoyulmuş terrorçu məhv edilib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər