17 İyul 2020 16:05
7 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan işğalçıdır. Ermənistanın işğalı 10 illərdir ki, davam edir. ATƏT-in Minsk Qrupu 25-30 ildir ki, bu problemi həll etməyib. Sözsüz ki, vəziyyətin bu həddə gələcəyi bəlli idi. Hazırda Ermənistan sistemli şəkildə Azərbaycanın mülki əhalisinin yaşadığı əraziləri atəş altında saxlayır, buralara hücumlar həyata keçirir. Bu hücumlara cavab olaraq Azərbaycan öz torpaqlarını müdafiə edir. Azərbaycan öz xalqının müdafiəsi üçün addımlar atıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycanın Tovuz istiqamətindəki hücumları haqqında danışarkən deyib.

Türkiyə prezidenti bildirib ki, onlar Azərbaycanı tək buraxmayacaqlar və sona qədər dəstəklərini verəcəklər:

“Mən hörmətli Əliyevlə müzakirələr aparıram. Azərbaycandan bir heyət Türkiyəyə gəlib. Bu heyət müdafiə nazirimiz və generallarımızla ətraflı görüşlər keçirib. Mən də Azərbaycandan gələn heyətlə telefon vasitəsilə danışdım. Bu gün azərbaycanlı qardaşlarımızın yanındayıq”.


Müəllif: Cavad