21 İyul 2020 11:00
2 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT növbəti dəfə Ermənistan və Azərbaycan arasında gərginliyin artmasının narahatlıq yaratdığı, qarşıdurmanın böyüməsinin nəticələrinin fəlakətli olacağı xəbərdarlığını edib.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarriç danışıb.

O, iki ölkə arasında baş verən gərginliyi dərin narahatlıqla izlədiklərini bildirib.

Ermənistan və Azərbaycana qarşıdurmanı dayandırma çağırışı edən Dujarriç deyib: “İki ölkə arasındakı böyük bir savaş, fəlakət olardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər