Rusiya Prezidenti Vladimir Putin və Yunanıstan Baş naziri Kiryakos Miçotakis arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada Putin və Miçotakisin Aralıq dənizi və Liviyada baş verən son proseslərin müzakirə etdiyi, Türkiyənin Ayasofya məbədinə məscid statusu verməsi ətrafında fikir mübadiləsi apardığı bildirilib.
Baş nazir və prezidentin Ayasofyanın mədəni, tarixi və mənəvi önəmini vurğuladığı, bu ortaq mirasın qorunmasının əhəmiyyətinə diqqət çəkdikləri deyilib.