24 İyul 2020 22:48
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Dəyanət İşləri başqanı Əli Ərbaş Aya Sofyada 86 il sonra qılınan cümə namazının xütbəsinə qılıncla çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa.info saytının baş redaktoru, politoloq Ruslan Bəşirli qeyd edib.

O bildirib ki, bu ənənə Osmanlı sultanlarından gəlir:

“Qılıncı sağ əllə tutma savaş elanı, sol əllə tutma isə barışa çağırış sayılırdı. Əli Ərbaş isə qılıncı həm sağ, həm də sol əli ilə tutub. Mənası "savaşa da, barışa da varıq" deməkdir”.

Qeyd edək ki, bu gün 86 ildən sonra Aya Sofyada ilk dəfə cümə namazı qılınıb.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər