“Almaniya ABŞ-ın bəzi hərbi personalını bu ölkədən çıxarmaq qərarından siyasi olaraq faydalana bilər”.
Teleqraf.com xəbər verir ki, bunun Rusiyanın Vyanda yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov deyib.
“Bəziləri Almaniyadan 12000 Amerika əsgərinin çıxarılmasını Berlin üçün “cəza” olaraq izah edirlər. Niyə? Almaniya təhdid altında deyil. Beləliklə, təhlükəsizlik sektoruna təsir göstərməyəcək. Siyasi baxımdan Almaniyanın bundan faydalanması ehtimalı var”, - Ulyanov bildirib.
Diplomat əlavə edib ki, hərbi kontingentin bir hissəsinin geri qaytarılması yalnız ABŞ bazalarının ətrafındakı ərazilərin iqtisadi vəziyyətinə təsir edə bilər.
Bundan əvvəl ABŞ Müdafiə naziri Mark Esper Almaniyadan təxminən 12 min Amerika hərbi qüvvəsinin çıxarılacağını, əksəriyyətinin, 6.4 min hərbçinin vətənlərinə gedəcəklərini, qalanlarının isə İtaliya və Belçika daxil olmaqla Avropadakı NATO ölkələrinə köçürüləcəyini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp əvvəllər Almaniyadakı Amerika qoşunlarının sayını azaldacağına söz vermişdi. O, bu qərarı Berlinin alyansa ödənişləri gecikdirməsi ilə əsaslandırmışdı. Ötən gün isə Berlinin Moskvadan enerji resursları aldığı üçün ABŞ-ın Almaniyanı Rusiyadan qoruması lazım olduğunu söyləyib.