30 İyul 2020 13:41
4 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın yeni milli təhlükəsizlik strategiyasına “Dağlıq Qarabağ Respublikası” sözü daxil edilməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

Köçəryan Qarabağ münaqişəsinin həlli kontekstində Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini başa düşmədiyini söyləyib:

“Bunun nə demək olduğunu başa düşmürəm. Bu, müəyyən dərəcədə hakimiyyət üçün uydurma bir məna daşıyır”.

O, Ermənistan rəhbərliyinin bu ifadə ilə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iştirak edən bütün tərəfləri məmnun etmədiyini vurğulayıb və hazırda münaqişənin həlli üçün uğurlu variant olmadığını diqqətə çatdırıb.

Köçəryan qeyd edib ki, indiki şəraitdə danışıqları davam etdirmək müharibədən daha əlverişli yoldur.

Onun sözlərinə görə, danışıqlar prosesini yenidən bərpa etmək mümkündür. Bununla belə, müharibənin başlama riskinin yüksək olduğunu iddia edib.

Robert Köçəryan Ermənistan ordusunun döyüş mövqelərinin pisləşdiyinə də diqqət çəkib: “Döyüş mövqelərini yaxşılaşdırırsınızsa, bu sizi illərdir davam edən baş ağrısından azad edə bilər. Bu baxımdan cəbhə bölgəsində döyüş mövqelərinin yaxşılaşdırılması və gücləndirilməsi barədə həmişə düşünmək vacibdir. Amma son iki ildə bu baş vermədi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər