Almaniyada koronavirus səbəbindən fahişəxanaların bağlanmasına etiraz edən seks işçiləri Kölndə etiraz aksiyası keçiriblər.
Teleqraf.com xəbər verir ki, dəmiryolu stansiyasının qarşısına toplaşan 200-ə yaxın qadın mart ayından bəri işləyə bilmədiklərini deyib.
Çətin günlər yaşadıqlarını bildirən fəallar “İş yerlərimizi aç”, “Qanuni işləmək üçün qadağanı qaldırın”, “Artıq bəsdir, pul qazanmaq istəyirik” yazılı plakatlarla hökumətdən fahişəxanaları açmağı tələb edib.
Polislərin təhlükəsizlik tədbirləri gördüyü etiraz aksiyasında iştirakçıların maska qaydalarına riayət etmələri diqqət çəkib.
Qeyd edək ki, Almaniyada fahişəlik qanunidir və hökumət tərəfindən tənzimlənir. Ancaq mart ayının ortalarından etibarən koronavirusla mübarizə çərçivəsində seks işləri qadağan edilib.