1 Avqust 2020 01:16
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib şəhərinin Sarmada qəsəbəsində hansı ölkəyə məxsus olduğu bilinməyən hərbi təyyarələr yanacaq bazarını vurub.

Teleqraf.com xəbər verir ki, hücumdan sonra ərazidə güclü yanğın başlayıb. Yanğının bir neçə saatdan sonra söndürüldüyü bildirilib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb, amma ciddi maddi ziyan dəyib.


Müəllif: Mənbə/Axar.az