Pakistan Baş naziri İmran Xan Cammu və Kəşmiri dövlət sərhədləri daxilində göstərən yeni bir xəritəni açıqlayıb.
Teleqraf.com xəbər verir ki, baş nazir məlum xəritədə işğal altında olan hər iki bölgənin Pakistan əraziləri olduğunu bildirib.
Xanın xəritəsində Cammu və Kəşmir işğal edilmiş bölgələr kimi təqdim edilib.
O, bu xəritənin hər iki bölgənin Pakistanın suverenliyinə qaytarılması üçün ilk addım olacağını da vurğulayıb.