10 Oktyabr 2014 16:32
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə gənc ana doğduğu körpəni zibilliyə atıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyada lisey şagirdi 16 yaşlı Ş.Y. xəstəxananın ayaqyolunda doğduğu körpəsini zibil qabına atıb.

Hadisə ötən gün Məram Təhsil və Araşdırma Xəstəxanasının ayaqyolunda baş verib. İddiaya görə, sevgilisindən hamilə qalan Sağlamlıq Peşə Liseyinin tələbəsi Ş.Y. hamilə olmağını ailəsi və ətrafından gizlətməyi bacarıb. Ötən gün hamiləliyinin 9-cu ayında mədə bulanması və bel ağrısı şikayəti ilə xəstəxanaya gəlib. Ağrıları artan Ş.Y. həkim müayinəsi olmadan qadınlar üçün ayaqyolunda uşagı dünyaya gətirib. O, körpəni paketə qoyub tualetdə olan zibil qutusuna atıb.

Xəstəxana işçiləri körpənin ağlaması və ananın iniltilərini eşidincə ayaqyoluna girib. Onlar ananı qanlar içində soyuducuda, yeni doğulan qız uşağını isə zibil qutusunda tapıb. Ana xəstəxananın qadın doğum şöbəsinə, körpə isə yeni doğulanlar şöbəsində nəzarətə götürülüb.

Ş.Y.-in 19 yaşlı sevgilisi M.R.-dən hamilə qaldığı deyilir.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Rüstəm


Liseli kız tuvalette doğurduğu bebeğini çöpe attı cumhuriyet


Müəllif:

Oxşar xəbərlər