Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, onun oğlu Nikolay müxalif baxışlara malik bir insandır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Ukrayna 24” telekanalının efirində ukraynalı jurnalist Dmitri Qordon məlumat verib.
Qordonun sözlərinə görə, dövlət başçısı ona müsahibə verməyə razılıq verib, çünki Nikolay onun iştirakı ilə baş tutan proqramların demək olar ki, hamısına baxır. Buna görə də Nikolay atasını müsahibəyə razılıq verməyə çağırıb. Qordon ilə söhbət əsnasında Belarus Prezidenti oğlunu dövlət başçısı postunda görmək istəmədiyini bəyan edib.
Ukraynalı jurnalist, həmçinin qeyd edib ki, Lukaşenkonın oğlu tezliklə 16 yaşı tamam olacaq hər bir gənc kimi formalaşmış məxsusi dünyagörüşünə malikdir.
Qeyd edək ki, D.Qordonun Lukaşenko ilə müsahibəsi hələlik yayımlanmayıb. İnternetdə müsahibədən yayımlanan bir parçada A.Lukaşenko Belarus siyasətinin əsasını və mahiyyətini izah edib. O bildirib ki, ədalət həmişə Belarus siyasətinin əsasını təşkil edəcək, çünki qanunda hər şeyi əks etdirmək mümkün deyil.