6 Avqust 20:25
2 992

ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton iki il əvvəl Suriyanın Rojova bölgəsindəki Amerika hərbi qüvvələrinin geri çəkilməsi haqda danışıb.

Teleqraf.com xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bunun üçün amerikalı həmkarı Donald Trampı asanlıqla yola gətirdiyini bildirib.

Jurnalistin “Ərdoğan Trampı necə asanlıqla razı saldı?” sualına Con Boltonun cavabı belə olub:

“Kaş ki, bu suala yaxşı cavab verə biləydim. Mən özüm də anlamıram. Tramp Ərdoğanın bütün ABŞ qüvvələrinin Rojovadan geri çəkilməsi təklifi ilə razılaşmışdı. Biz də bu təklifinin yaxşı fikir olmadığını Trampa dedik. 2019-cu ildə baş verənlər Türkiyənin təzyiqləri nəticəsində mümkün oldu, yəni bu təzyiqlər işə yaradı. Ərdoğan 2018-ci ildə etmək istədiyini Trampa etdirdi. Bu dəfə daha da uğurlu oldu”.


Müəllif: Mənsur Rəğbətoğlu