7 Avqust 2020 12:33
2 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar “anım günü” (24 aprel) ərəfəsində rəsmi şəxslərə “erməni soyqırımı” ifadəsinin işlədilməsini qadağan etdiyi üçün cinayət məsuliyyətinə cəlb oluna bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Feysbuk səhifəsində Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasından olan deputat Darya Volodina yazıb.

Onun sözlərinə görə, Dövlət Təhqiqatlar Bürosu “anım günü” ərəfəsində “erməni soyqırımı” ifadəsinin qadağan edilməsi barədə bir sıra məmurlara qarşı Ukrayna Cinayət Məcəlləsinin 367-ci maddəsi üzrə cinayət işi açıb.

Erməni diasporuna yaxınlığı ilə seçilən Volodina bu sənədi imzaladığı üçün Xarici İşlər nazirinin müavini Bodnarın cinayət məsuliyyətinə cəlb oluna biləcəyini iddia edib.

Əlavə edək ki, bu il aprelin 23-də Ukraynada qondarma erməni soyqırımı ilə əlaqədar hər hansı bir tədbirin keçirilməsi qadağan olunub. Ukrayna Xarici İşlər Nazirliyi həmçinin ölkənin rəsmi şəxslərinə “erməni soyqırımı” ifadəsini işlətməməsi üçün xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu