8 Avqust 2020 10:17
3 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının İyi partiyanın başqanı Maral Akşənərə “Evə qayıt” çağırışına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan MHP liderinin bu təklifinin məqbul olduğunu bildirib.

“Bağçalının dəvəti ən məqbul bir xətdə olan təklifdir. Ümid edirəm ki, bu, birlik və bərabərliyimizin qurulması yönündə atılmış bir addım olacaq. Çünki pərakəndəlikdə heç nə yoxdur. HDP – terror təşkilatı ilə əl-ələ olmaq milli birlik olan İyi Partiya üçün uyğun olmaya bilər. Bu təklifin də buradan qaynaqlandığını düşünürəm”, - Türkiyə lideri bildirib.

Marak Akşənər isə Dövlət Bağçalının MHP-yə qayıtmaq çağırışını “təzyiq” adlandıraraq, bundan imtina edib. O, MHP liderinə müttəfiqi Ərdoğanla məşğul olmağı tövsiyə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər