Son sutka ərzində Özbəkistanda COVID-19-a 738 nəfər yoluxub və beləliklə, xəstələrin sayı 30 min 197 nəfərə çatıb. Yeni yoluxma halları Özbəkistanın 10 regionunda qeydə alınıb.
Teleqraf.com Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son bir gündə virusdan 5 xəstə dünyasını dəyişib. Bununla da ölənlərin sayı 188 nəfərə yüksəlib.
Xəstəxanalarda 8691 nəfərin müalicəsi davam etdirilir. Onların 974-nün vəziyyəti ağır, 274-nin isə çox ağırdır.