“Belarus və Rusiya ATƏT-ə seçkilər üçün beynəlxalq standartlar hazırlamağı təklif etdi, lakin təşkilat bundan imtina etdi”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz və Rusiya ATƏT-ə standartları işləyib hazırlamağı təklif etdik, amma istəmirlər. Onlar öz qaydalarını bizə tətbiq etmək istəyirlər, amma bir qanun var. Belarusda seçkilər bu qanuna uyğun olaraq rəqabətli, açıq keçirildi”.
Belarusda avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə görə, Lukaşenko 80,23% səslə qalib gəlib.