Ötən ay Azərbaycanın ABŞ-ın Kaliforniya ştatındakı Brentvud şəhərində fəaliyyət göstərən konsulluğunun qarşısındakı etiraz zamanı polisin hücumda iştirak etdiyini söylədiyi şəxslərin müəyyənləşdirilməsi üçün kömək tələb olunur.
Teleqraf.com xəbər verir ki, polis etirazlarda fiziki zorakılıqdan istifadə edən ən az üç şəxsin cinayət-axtarış şöbəsi tərəfindən araşdırıldıqlarını bildirir.
Los Anceles polisi şübhəlilər haqqında bəzi məlumatları paylaşıb. 3 şübhəli 20-30-cu illərin Yaxın Şərq insanı kimi təsvir edilib. Onlardan biri 25-35 yaş arası, 160-180 sm boyundadır, qırxılmış başı və qara saqqalı var. Digər iki şübhəli isə qara köynək və mavi cins şalvarda olub.
Şübhəlilər və ya insident barədə məlumatı olan kəslərin Los Anceles Polis Departamentinin məmuru Ceysin Perez ilə əlaqə saxlaması xahiş olunur.
Qeyd edək ki, Amerika erməniləri 12 iyulda Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən sonra konsulluqdan kənarda nümayiş təşkil etmiş və 100-ə yaxın etirazçı polis tərəfindən saxlanılmışdı.