13 Avqust 2020 19:30
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus geri çəkilmir – Qərbi Avropanın bəzi ölkələrində yeni yoluxma hallarının artımı müşahidə edilib.

Teleqraf.com xəbər verir ki, İspaniya Qərbi Avropada infeksiyanın yenidən artmasının miqyası üzrə ölkələrin siyahısına liderlik edir. Ekspertlər bildirirlər ki, yaxın vaxtlarda vəziyyət həm yaxşılaşa, həm də pisləşə bilər.

Berlin artıq vətəndaşlarını İspaniyanın bəzi rayonlarına səfər etməkdən çəkindirib. Bununla yanaşı, Almaniyada üç ay ərzində koronavirusa yoluxma hallarının gün ərzində ən böyük artımı – 1200-dən çox yoluxma faktı qeydə alınıb. İnsanların çoxu məzuniyyətdən bu infeksiyanın daşıyıcısı kimi qayıdıb.

Pandemiyanın başlanğıcından bəri infeksiyanın ən kəskin gündəlik artımı – 260 yoluxma faktı Yunanıstanda qeyd edilib. Bu, yalnız son ayın qorxuducu tendensiyasının davamıdır. Yunanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, gün ərzində koronavirusdan daha iki nəfər vəfat edib, ölənlərin ümumi sayı isə 216-ya çatıb. Vəziyyətin pisləşməsini hökumət orqanları restoranlar, barlar və digər ictimai yerlərdə sosial məsafə qaydalarının pozulması ilə izah edirlər.

Böyük Britaniyada isə COVID-19-dan ölənlərin sayı 5 mindən çox azalıb – lakin bu, hesablama metodikasının dəyişməsi ilə əlaqədardır. Əvvəllər İngiltərənin İctimai Səhiyyə Xidməti koronavirus aşkar edilən insanların ölüm hallarının hamısını - hətta ölüm səbəbi tamamilə fərqli olsa və yoluxma anından xeyli gec baş versə belə nəzərə alırdı. Hazırda statistikaya yalnız xəstəliyin laboratoriya üsulu ilə aşkar edilməsi anından 28 gün ərzində baş vermiş ölüm hadisələri daxil edilir.


Müəllif: Mənbə/Azərtac

Oxşar xəbərlər