Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Belarusdakı siyasi durumdan narahatlığını ifadə edib.
Teleqraf.com xəbər verir ki, Zaxarov mətbuat konfransında bildirib ki, Belarusda küçələrdə ictimai asayişin pozulması ilə nəticələnən hadisələr barədə xəbərlər narahatlıq doğurur: "Rusiya qardaş Belarus xalqına etibarlı müttəfiq və dost olub və qalır. Aramıza nifaq səpmək cəhdlərinin nəticəsiz qalacağına inanırıq".
Zaxarova əlavə edib ki, bəzi xarici ölkələrin Belarus hakimiyyətinə qarşı misli görünməmiş təzyiqləri müşahidə edilir: "Ölkədə parçalanma yaratmaq və sabitliyi pozmaq üçün suveren bir dövlətin daxili işlərinə qarışmağa açıq cəhdlər edilir".