17 Avqust 2020 17:16
3 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İsrail Rusiyanın İrana “S-400” hava hücumundan müdafiə sistemlərinin satışının qarşısını almağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Breaking Defense” saytında dərc olunan məqalədə bildirilib.

Məqalədə İrana qarşı sanksiyaların ləğv ediləcəyi təqdirdə, Tehranın Rusiyadan hava hücumundan müdafiə sistemləri alacağını iddia edilib.

ABŞ və İsrail ordusunun bundan əvvəl “F-35” döyüş qırıcıları ilə İranın hava məkanını və hərbi hava qüvvələrini sıradan çıxarmaq üçün birgə təlim keçdiyi bildirilən məqalədə iki ölkənin “S-400” sistemlərinə qarşı da plan hazırladığı qeyd olunub.

Tehranın ötən il Moskva ilə “S-400”lərlə bağlı müzakirə apardığı, amma bu istəyinin rədd edildiyini bildirən “Breaking Defense” İrana tətbiq olunan sanksiyaların ləğvindən sonra bu raketləri ala biləcəyini diqqətə çatdırıb. Bu addımın Rusiya və İran arasında hərbi sahədə əməkdaşlığı gücləndirəcəyi yazılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər