17 Avqust 2020 19:15
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Prezidenti Reuven Rivlin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vəliəhdi, şahzadə Məhəmməd bin Zayedi ölkəsinə dəvət edib.

Teleqraf.com xəbər verir ki, Rivlin Bin Zayedə Qərbi Qüdsə dəvət məktubu göndərdiyini bildirib.

O, məktubun ərəb dilində yazıldığını deyib: “Ölkələrimiz arasındakı anlaşmanın bizimlə bölgə xalqları arasında güvən yaradacağına, bölgənin təhlükəsizliyinə və iqtisadi inkişafa töhfə verəcəyinə ümid edirəm”.

ABŞ Prezidenti Donald Tramp avqustun 13-də İsrail və BƏƏ-nin münasibətləri normallaşdırmaq üçün anlaşdığını açıqlamışdı. O, iki ölkə arasındakı anlaşmanın tarixi olay olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər