Yaponiya Meteorologiya İdarəsinin verdiyi məlumata əsasən, cari ildə sayca 19-cu olan güclü tufan Okinava prefekturasının əsas adalarını arxada qoyaraq, saatda 20 kilometr sürətlə ölkənin qərb rayonlarına doğru irəliləyir.
Teleqraf.com-un məlumatına görə, tufanın mərkəzindəki həddindən artıq aşağı hava təzyiqi sürəti saatda 126 kilometrə çatan güclü külək əmələ gətirib. Okinava prefekturasında 35 nəfərin xəsarət aldığı bildirilir.
Yerli hakimiyyət orqanları mümkün daşqınları və torpaq sürüşmələrini nəzərə alaraq, Okinava və Kaqoşima prefekturalarında 200 min ev təsərrüfatının təxliyyəsini təşkil edib.
Meteorologiya İdarəsi Yaponiyanın qərbindəki rayonların əhalisinə leysan yağışlar və güclü külək barədə xəbərdarlıq edib.