Almaniyalı həkimlər Rusiyanın müxalifət liderlərindən olan Aleksey Navalnının zəhərləndiyini təsdiqləyiblər.
Teleqraf.com xəbər verir ki, hazırda Berlindəki “Charite” klinikasında süni komada olan Navalnının bədənində xolinesteraza inhibitorları qrupundan olan bir maddə tapılıb. Onun həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.