27 Avqust 2020 21:39
2 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hərbi qüvvələri Xuzistanda yerləşən kəndlərdən birinin sakinlərinə qarşı atəş açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Əhvaz İnsan Haqları Təşkilatı məlumat yayıb.

Əhvaz şəhərinin Əbülfəz kəndinin sakinlərindən bəziləri xəsarət alıblar.

Bildirilib ki, “Müstəzafan” Fondu kəndlilərə torpaqların bu quruma aid olduğunu iddia edərək, ələ keçirmək istəyir. Buna görə də kənd sakinləri etiraz aksiyası keçirib. Lakin əraziyə gələn İran hərbi qüvvələri onlara qırma güllələrdən atəş açıb, bir neçə kəndlini də həbs edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər