Tanınmamış Abxaziya Respublikasında fəaliyyət göstərən Abxaz pravoslav kilsəsi Gürcüstanın Vətənpərvərlər İttifaqı partiyasının üzvləri tərəfindən Oçamçira bölgəsində yerləşən İlor kilsəsinə bağışlanan ikonanı rədd edib.
Teleqraf.com xəbər veriur ki, Abxaz kilsəsi Tiflisdən gətirilən “Tanrının anası” ikonasını geri qaytardığı barədə açıqlama yayıb.
“Abxaz pravoslav kilsəsi Abxaziya prezidentinin müşavirinin iştirakı ilə Gürcüstan kilsəsi və gürcü millət vəkilləri tərəfindən İlor kilsəsinə bağışlanan ikonanı qəbul etmir və onu Gürcü kilsəsinə qaytarır”, - açıqlamada bildirilib.
Məlumata görə, Vətənpərvərlər İttifaqından olan millət vəkillərinin İloriyə səfəri avqustun ortalarında özünü tanınmamış respublikanın “prezidentinin” köməkçisi Laşa Sakaniyanın vasitəçiliyi ilə baş tutub. Gürcü deputatların gəlişi barədə xəbərlər Abxaziyada etirazlara səbəb olub. Nəticədə Sakanya istefa qərarı verib.