13 Oktyabr 2014 05:48
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin Rusiya qoşunlarını Ukrayna ilə sərhəddən çəkmək haqqında əmr verib”.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində Kremlin yaydığı bu məlumatı şərh edib. O, bu addımın böhran başlayan andan ilk dəfə atılmadığını bildirib:

“Ümumiyyətlə, müharibə başlayan andan ilk dəfə deyil ki, Kreml belə bir əmr verir. Amma qəribəsi orasındadır ki, hər dəfə belə şeydən sonra Donbasda rus döyüşçüləri və silahlarının sayı daha da artır. Lakin bu dəfə biz iki həftədir ki, rus qoşunlarının Ukraynanı tərk etdiyini müşahidə edirik. Bu isə optimizmə şərait yaradır. Hazırda Donbasda əsasən QRU-nun diversiya kəşfiyyat qrupları və Rusiyanın peşəkar hərbçilərindən ibarət mütəxəssisləri qalıb”.


Müəllif:

Oxşar xəbərlər