Liviya ordusunun sözçüsü polkovnik Məhəmməd Qanuni qiyamçı general Xəlifə Haftarı dəstəkləmək üçün Cufra vilayətinin mərkəzi Hun şəhərinə muzdlu hərbçilərdən ibarət 112 konvoy gəldiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Qanuni aralarında Rusiya təhlükəsizlik şirkəti "Vaqner"ə bağlı muzdlu əsgərlər və Sudanın "Cancavid" qruplaşmasının üzvü olduğu yüzlərlə hərbçinin gəldiyini iddia edib.
"Cancavid" qruplaşmasına məxsus silah-sursatla dolu 70 hərbi texnikanın da Sirtə şəhərinə çatdığını bildirən polkovnik Haftar qüvvələrinin avqustun 27-də raket hücumu ilə atəşkəsi pozduğunu xatırladıb.
Qeyd edək ki, avqustun 21-də Liviya Baş naziri Fayez Sərrac və Haftarın müttəfiqi, Tobruk şəhərindəki qeyri-legitim parlamentin sədri Aqilə Saleh atəşkəsin təmin olunması barədə qərar qəbul etmişdilər.