“Yunanıstan əlverişli şərtlər yarananda və müəyyən zaman kəsimində Cənubi Kipr hökuməti ilə də dəniz sərhədlərinin müəyyən olunmasına dair saziş imzalayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan Xarici işlər naziri Nikos Dendias deyib.
“Cənubi Kiprlə yanaşı, Liviya parlamenti də hazır olduğunu bildirib. Liviya ilə də görüşəcəyik”, - nazir bildirib.
Keçmiş xarici işlər naziri Yorqo Katruqalos isə Yunanıstanın Misirlə dəniz sərhədlərinin müyyən edilməsinə dair imzaladığı müqaviləyə Türkiyə tərəfindən sərt reaksiyanın verildiyini bildirib:
“Türkiyədən belə reaksiya gözləmirdik. Siriza iqtidarı dönəmində həm suveren haqlarımızı, həm də Türkiyə dialoq mühitini qorumağı bacarmışdıq. Dönəmin Baş naziri Aleksis Çipras dörd dəfə Türkiyəyə getdi, Prezident Ərdoğan da Afinaya gəldi”.